“Barselona”ya keçmək istəyənlər bu şərt – Laportadan qərar
27.01.2022 - 17:53
“Barselona” futbolçularının maaşlarına limit tətbiq edəcək.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı klub prezidenti Joan Laporta verib.
O, komandaya iyunun 30-dan sonra qoşulanlar üçün maksimal maaş müəyyənləşdirib. Bu futbolçuların illik maaşı 10 milyon avrodan yuxarı olmayacaq.
“Barselona”ya keçmək istəyənlər bu şərti qəbul etməlidir. Ulduzları limitsiz olan bonuslar hesabına komandaya cəlb etmək mümkün olacaq.
0
0