“Başakşəhər” “Kırklarelispor”la, “Fənərbaxça” “Kayserispor”la bacarmadı
15.01.2020 - 00:30
“Başakşəhər” “Kırklarelispor”la, “Fənərbaxça” “Kayserispor”la bacarmadı

Türkiyə kubokunda 1/8 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində üç qarşılaşma keçirilib.

Super Liqanın lideri “Sivasspor” evdə “Yeni Malatyaspor”u darmadağın edib. Digər iki matç heç-heçə bitib. “Başakşəhər” aşağı liqa təmsilçisi “Kırklarelispor”u yenə bilməyib. “Fənərbaxça” səfərdə “Kayserispor”un müqavimətini qırmağı bacarmayıb.
 
Qeyd edək ki, ilk oyunlar yanvarın 15-16-dakı görüşlərlə başa çatacaq, cavab matçları 21-23-də keçiriləcək.

Türkiyə kuboku
1/8 final, ilk oyunlar
14 yanvar

“Başakşəhər” – “Kırklarelispor” – 1:1
Aleksiç, 79 – Ataç, 90
“Sivasspor” – “Yeni Malatyaspor” – 4:0
Yandas, 22, 49, Kılınc, 28 (pen.), Yatabare, 45
“Kayserispor” – “Fənərbaxça” – 0:0
 

0
Türkiyə kuboku Fənərbaxça Başakşəhər