“Bavariya” “Real”a sorğu göndərdi – Hakimi üçün
06.01.2020 - 12:24
“Bavariya” “Real”a sorğu göndərdi – Hakimi üçün

Almaniyanın “Bavariya” klubu Əşrəf Hakimini transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi bununla bağlı futbolçunun gələcəyi ilə bağlı onun müqavilə ilə məxsus olduğu İspaniya “Real”ına rəsmi sorğu göndərib.

“Bavariya” hazırda Bundesliqanın digər klubu Dortmund “Borussiya”sında icarədə olan müdafiəçinin xidmətində maraqlıdır. Münhenliləri Hakiminin müdafiədəki universallığı cəlb edib. O, həm mərkəz, həm sağ, həm də solda uğurla çıxış etməyi bacarır.

“Real”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq müdafiəçi cari mövsümün sonunadək “Borussiya”da oynamalıdır. Onun icarə müddəti başa çatdıqdan sonrakı taleyi hələ dəqiqləşməyib.

Qeyd edək ki, cari mövsüm Bundesliqada 17 matça çıxan müdafiəçi 2 qol və 6 məhsuldar ötürməyə imza atıb.