“Bavariya” Azərbaycandakı azarkeşlərini də unutmadı: “SAĞ OL”
29.12.2019 - 21:24
“Bavariya” Azərbaycandakı azarkeşlərini də unutmadı: “SAĞ OL”

Almaniyanın “Bavariya” klubu 2019-cu ilə qeyri-adi şəkildə yekun vurub.

Apasport.az saytının məlumatına görə, klubun rəsmi feysbuk səhifəsi gün ərzində 200-ə yaxın paylaşımla azarkeşlərinə təşəkkür edib.

Eyni sözlərin – “2019-cu ildəki dəstəyə görə təşəkkür edirik” yazıldığı paylaşımların hərəsi bir ölkəyə həsr olunub. Dünyanın bütün ölkələrindəki fanatlarına bu cür minnətdarlıq edən klub onlara həsr olunan şəkillərdə də fərqlilik edib. 

Hər ölkədən olan azarkeşlər üçün hazırlanan şəkildə həmin dövlətin bayrağı əksini tapıb. Həmçinin şəklin üzərində həmin ölkənin ana dilində təşəkkür yazılıb. Azərbaycandakı “Bavariya” azarkeşləri də digərlərindən geri qalmayıb. Həmyerlilərimizə minnətdarlığın bildirildiyi şəkildə üçrəngli bayrağımızla yanaşı “SAG OL” ifadəsi qeyd olunub.
 

0
Bavariya Azərbaycan azarkeşlər