“Bavariya” Ginterlə danışıqlara başladı
26.01.2022 - 14:26
Mönhenqladbax “Borussiya”sının futbolçusu Mattias Ginter karyerasını “Bavariya”da davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi müdafiəçinin keçidi ilə bağlı danışıqlara başlayıb.
“Bavariya” yayda müqaviləsi başa çatacaq Ginteri azad agent kimi heyətinə qatmağı planlaşdırır. Bu üzdən münhenlilər mövsümün sonunu gözləyəcək. Klub rəhbərliyi həmin vaxta qədər Mattiasın razılığını almaq niyyətindədir.
Müdafiəçiyə 4 illik müqavilə təklif olunub. 28 yaşlı futbolçu cari mövsümdə 20 matça çıxıb.
0
0