“Bavariya” Levandovskini satmayacaq
13.04.2022 - 22:03
“Bavariya” Levandovskini satmayacaq

Robert Levandovski “Bavariya”da qalacaq.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun baş direktoru Oliver Kan açıqlayıb.

O bildirib ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq hücumçu cari mövsümün sonunda satılmayacaq: “Biz qəti şəkildə əminik ki, Levandovski növbəti mövsümdə də “Bavariya”da qalacaq. Bunu bildiyimizdən də tam arxayınıq. Belə görünür ki, indi “Kim Robertdən daha absurd nağıl danışar?” müsabiqəsi gedir. Biz müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırıq. Biz dəli deyilik və hər mövsümdə 30-40 qol vuran hücumçunun satışını müzakirə etmək niyyətimiz yoxdur”.

Qeyd edək ki, Robert cari mövsümdə 41 oyunda 47 qol vurub.