“Bavariya” danışıqlara başlayır, “Bayer” “qiymət oxuyur”
24.01.2022 - 15:36
“Bavariya” Florian Virtsin transferi ilə bağlı danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi “Bayer”in şərəfini qoruyan istedadı ələ keçirmək üçün onun ailəsi ilə qeyri-rəsmi görüşüb.
Lakin 18 yaşlı yarımmüdafiəçinin keçidi üçün “Bayer”lə razılıq əldə olunmalıdır. Florianın Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Virtsin indiki klubu onun üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, cari mövsümdə 18 oyuna çıxan Florian 5 qol və 9 assistə imza atıb.
0
0