“Bavariya” ilə anlaşdı – “Borussiya”nın futbolçusu
31.05.2021 - 10:58
“Bavariya” ilə anlaşdı – “Borussiya”nın futbolçusu

Mönhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Florian Noyhausun gələcək komandası bəlli olub.

Apasport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, 24 yaşlı orta sahə oyunçusu “Bavariya”nın formasını geyinəcək.

Ancaq klublar arasındakı razılığa əsasən Almaniya millisinin üzvü Münhen klubuna gələn ilin yayında keçəcək. Yəni Noyhaus növbəti mövsüm də “Borussiya”nın şərəfini qoruyacaq. Klublarla yanaşı, futbolçu özü də bu keçidə razılıq verib.

Qeyd edək ki, Florian Noyhaus ötən mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 8 qol, 8 assistlə yadda qalıb.
 

0