“Bavariya” vinger axtarışında
29.03.2022 - 15:55
“Leypsiq”in fransalı futbolçusu Kristofer Nkunku “Bavariya”nın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, Münhen klubu vingeri bu yay heyətinə qatmaq niyyətindədir.
Serj Qnabri ilə müqaviləni uzatmaqda çətinliklə üzləşən “Bavariya” Nkunkunun onu əvəzləyə biləcəyi qənaətindədir. Danışıqların başlamasına futbolçunun agentinin kimliyi mane olur.
Nkunku Pino Zahavi ilə əməkdaşlıq edir. Bu agentlə “Bavariya” arasında münasibətlər isə yetərincə gərgindir.
Qeyd edək ki, Kristofer cari mövsümün 39 matçında 26 qol vurub.
0
0