“Bavariya”dan gedir – Martines
11.09.2020 - 13:40
“Bavariya”dan gedir – Martines

Almaniyanın “Bavariya” klubunun ispaniyalı futbolçusu Xavi Martines komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Səudiyyə Ərəbistanından təklif alıb.

Asiyalılar Marinesə 3 illik müqavilə təklif edir. Lakin futbolçu İspaniyaya qayıtmaq istəyir. “Bavariya” yarımmüdafiəçi üçün 6-8 milyon avro tələb edir. Bu keçidin indiki “transfer pəncərə”sində gerçəkləşəcəyi gözlənilir. 

“Atletik” futbolçu ilə razılıq əldə edib. Bilbaolular Bundesliqa klubu ilə danışıqlar aparır.