“Bavariya”nı dayandırdılar – darmadağınla
27.09.2020 - 20:27
Almaniyanın “Bavariya” klubunun məğlubiyyətsizliyi sona çatıb.
Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi Bundesliqanın II turunda “Hoffenhaym”a uduzub.
1:4 hesablı darmadağın Hans Flikin yetirmələrinin 2020-ci ildə ilk məğlubiyyəti olub. Bu il Çempionlar Liqası, UEFA Superkuboku, Bundesliqa və Almaniya kubokunun qalibi olan “Bavariya” sonuncu dəfə 2019-cu il dekabrın 7-də məğlub olmuşdu. Bu müddətdə münhenlilər 32 matçda 30 qələbə qazanıb və 2 heç-heçə edib.
0
0