“Bavariya”nın futbolçusuna müştəri çıxdı
22.04.2022 - 22:04
“Bavariya”nın futbolçusuna müştəri çıxdı

“Bavariya”dan ayrılmağa qərar verən Marsel Zabitserin karyerasını davam etdirə biləcəyi klublar bəlli olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçiyə iki müştəri çıxıb.

Onun xidmətində “Arsenal” və “Atletiko” maraqlıdır. Marsel artıq mövsümün sonunda bu iki komandadan birinə keçə bilər.

Almaniya təmsilçisi də oyunçusunu satmağı planlaşdırır. “Bavariya” avstriyalı üçün 15 milyon avro istəyir.