“Çelsi”nin futbolçusu Andreas Kristensen karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Bavariya” maraqlıdır.
Niklas Züle müqaviləni uzatmayacağından münhenlilər arxa xətti gücləndirmək üçün müdafiəçi axtarır. Klub rəhbərliyi yayda “Bavariya”nı tərk edəcək ulduzunun əvəzinə danimarkalını heyətə qatmağı planlaşdırır.
25 yaşlı arxa xətt oyunçusunun İngiltərə klubu ilə müqaviləsi də yayda başa çatır. Londonlularla anlaşmanı yeniləmək istəməyən Kristensen Bundesliqa təmsilçisinə azad agent kimi keçə bilər.
Qeyd edək ki, müdafiəçi cari mövsüm “Çelsi”də keçirdiyi 21 matçda 2 qol vurub.