“Bavariya”ya özü ilə 2 futbolçu aparacaq - Naqelsmann
01.05.2021 - 15:15
“Bavariya”ya özü ilə 2 futbolçu aparacaq - Naqelsmann

Mövsümün sonunda “Bavariya”nın sükanı arxasına keçəcək Yulian Naqelsmann indidən transfer çalışmalarına başlayıb.

Apasport.az saytının məlumatına görə, “Leypsiq”in baş məşqçisi hazırkı komandasından özü ilə iki futbolçunu aparmağı planlaşdırır.

Gənc mütəxəssis yarımmüdafiəçilər Emil Forsberq və Marsel Sabitzerə “Bavariya”da da rəhbərlik etmək niyyətindədir. Münhen təmsilçisi çalışdırıcının istəyinə uyğun tezliklə qarşı tərəflə danışıqlara başlayacaq.

Qeyd edək ki, 2015-ci ildən “Leypsiq”də çıxış edən 29 yaşlı Forsberq bu mövsüm Bundesliqada keçirdiyi 26 oyunda 7 qol vurub, 4 assist edib. 27 yaşlı Sabitzer isə 2014-cü ildən bu komandada çıxış edir, bu mövsüm 24 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
 

0