“Bavariya, “Real” və “Liverpul”un “100-lüy”ünə düşə bilmədiyi SİYAHI
23.01.2022 - 17:38
“Bavariya, “Real” və “Liverpul”un “100-lüy”ünə düşə bilmədiyi SİYAHI

2018/19 mövsümünün startından bəri ən çox penalti qazanan komandaların siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, CİES Avropanın ən reytinqli 31 liqasında iştirak edən bütün klubların statistikasını açıqlayıb.

Sıralama komandaların neçə dəqiqədən bir penalti qazanmaları əsasında aparılıb. Maraqlıdır ki, qitə nəhənglərindən “Milan” 21, “Yuventus” 22, “Roma” 77, “Çelsi” 92, “Barselona” 95, “Mançester Siti” 100-cü pillədə yer alıb. “Bavariya”, “Real”, “Liverpul”, “Atletiko”, “Arsenal” kimi komandalar isə ilk “100-lük”dən çox uzaq düşüb.

Əvəzində Türkiyə təmsilçilərindən “Qalatasaray” 5-cidirsə, “Trabzonspor”la “Fənərbaxça” müvafiq olaraq 32-33-cü yerlərdədir.

Faiz baxımından isə ən dəqiq komanda “Ayaks” olub. Niderland təmsilçisi onbirmetrlik zərbələr zamanı 93 faizlik dəqiqlik nümayiş etdirib. Amsterdamlılar 345 dəqiqədən bir penalti yeriə yetirməklə 30-cu sırada özünə yer tapıb.

1. “Srvena Zvezda”
Liqa: Serbiya Super Liqası
Keçirdiyi oyun sayı: 125
Orta hesabla: 239 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 75 faiz

2. “Dinamo”, Kiyev
Liqa: Ukrayna Premyer Liqası
Keçirdiyi oyun sayı: 108
Orta hesabla: 256 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 82 faiz

3. PAOK
Liqa: Yunanıstan Super Liqası
Keçirdiyi oyun sayı: 117
Orta hesabla: 257 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 76 faiz

4. “Slaviya”
Liqa: Çexiya Yüksək Liqası
Keçirdiyi oyun sayı: 123
Orta hesabla: 257 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 70 faiz

5. “Qalatasaray”
Liqa: Türkiyə Super Liqası
Keçirdiyi oyun sayı: 127
Orta hesabla: 272 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 83 faiz

6. “Porto”
Liqa: Portuqaliya Super Liqası
Keçirdiyi oyun sayı: 118
Orta hesabla: 272 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 80 faiz

7. “Styaua”
Liqa: Rumıniya I Liqası
Keçirdiyi oyun sayı: 132
Orta hesabla: 283 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 86 faiz

8. “Sportinq”
Liqa: Portuqaliya Super Liqası
Keçirdiyi oyun sayı: 118
Orta hesabla: 287 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 89 faiz

9. “Şaxtyor”, Donetsk
Liqa: Ukrayna Premyer Liqası
Keçirdiyi oyun sayı: 107
Orta hesabla: 292 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 67 faiz

10. “Mançester Yunayted”
Liqa: İngiltərə Premyer Liqası
Keçirdiyi oyun sayı: 133
Orta hesabla: 299 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 78 faiz

11. “Panatinaikos”
Liqa: Yunanıstan Super Liqası
Keçirdiyi oyun sayı: 114
Orta hesabla: 302 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 79 faiz

12. “Zenit”
Liqa: Rusiya Premyer Liqası
Keçirdiyi oyun sayı: 108
Orta hesabla: 304 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 78 faiz

13. “Ferensvaroş”
Liqa: Macarıstan OTP Bank Liqası
Keçirdiyi oyun sayı: 115
Orta hesabla: 304 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 59 faiz

14. PSJ
Liqa: Fransa Liqa1-i
Keçirdiyi oyun sayı: 122
Orta hesabla: 305 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 86 faiz

15. “Sparta”
Liqa: Çexiya I Liqası
Keçirdiyi oyun sayı: 123
Orta hesabla: 308 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 75 faiz

16. “Universitatya Krayova”
Liqa: Rumıniya I Liqası
Keçirdiyi oyun sayı: 132
Orta hesabla: 313 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 68 faiz

17. “Latsio”
Liqa: İtaliya A seriyası
Keçirdiyi oyun sayı: 133
Orta hesabla: 315 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 79 faiz

18. “İnter”
Liqa: İtaliya A seriyası
Keçirdiyi oyun sayı: 133
Orta hesabla: 315 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 84 faiz

19. “Krasnodar”
Liqa: Rusiya Premyer Liqası
Keçirdiyi oyun sayı: 106
Orta hesabla: 318 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 63 faiz

20. “Alkmaar”
Liqa: Niderland Erediviziyası
Keçirdiyi oyun sayı: 111
Orta hesabla: 322 dəqiqədən bir penalti
Qolla yekunlaşdırma: 81 faiz