“Bayer”dən Patrik Şik qərarı
30.03.2022 - 23:12
Almaniyanın “Bayer” klubunun futbolçusu Patrik Şik komandasını dəyişməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu klubun İdarə Heyətinin sədri Fernando Karro açıqlayıb.
O bildirib ki, çexiyalı hücumçu satılmır: “Biz Şiki satmayacağıq. Bunu müzakirə etməyə belə ehtiyac yoxdur. Patrik özünü klubda rahat hiss edir. Biz də ona güvənirik. O, bizim gələcək planlarımıza daxildir”.
Qeyd edək ki, cari mövsüm 24 oyunda 20 qol vuran 26 yaşlı hücumçu “Barselona” və Dortmund “Borussiya”sının transfer siyahısında yer alıb.
0
0