“Bayrampaşa”nın futbolçusu “Qəbələ”də
31.01.2022 - 13:13
“Bayrampaşa”nın futbolçusu “Qəbələ”də

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ikinci transferini gerçəkləşdirib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçu heyətinə qatıb. 

20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Son klubu “Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” Sametə qədər Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.