“Bazel”dən “Valensiya”ya
26.01.2022 - 00:43
“Bazel”dən “Valensiya”ya

“Valensiya” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

İspaniya klubu Eray Comərti transfer edib. 23 yaşlı müdafiəçi “Bazel”dən “Valensiya”ya keçib. Onunla 2026-cı ilədək müqavilə imzalanıb.

Qeyd edək ki, Eray cari mövsümdə 19 oyunda 1 qol vurub.