“Beşiktaş” “Marsel”lə oyunda Musa Qurbanlını izləyəcək
26.01.2022 - 09:36
“Beşiktaş” “Marsel”lə oyunda Musa Qurbanlını izləyəcək

“Beşiktaş”ın baş məşqçisi Önder Karaveli “Qarabağ”ın düşərgəsində olub.

Apasport.az saytının məlumatına görə, bir müddət Ağdam klubunun akademiyasında çalışan türkiyəli mütəxəssis ölkəmizdə işlədiyi vaxtdan tanıdığı futbolçu və məşqçilərlə görüşüb.

O, bir müddət əvvəl “Beşiktaş”a transfer olunmasını istədiyi Musa Qurbanlı ilə söhbət edib. Kareveli gənc hücumçunu komandasında görmək istədiyini İstanbul təmsilçisinin rəhbərliyinə də çatdırıb.

Məhz onun təşəbbüsü ilə “Beşiktaş”ın skautları “Qarabağ” Konfrans Liqasında “Marsel”ə qarşı keçirəcəyi oyunu izləyəcək. Onlar Musa barədə raport təqdim edəcək.

Qeyd edək ki, Musa Premyer Liqanın cari mövsümündə 8 oyunda 6 qola imza atıb.