“Beşiktaş” “Qalatasaray”ın hücumçusunu istəyir
23.04.2022 - 13:23
İcarə əsasında “Qalatasaray”da çıxış edən Halil Dervişoğlu karyerasını Türkiyənin digər nəhəngində davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yeni mövsüm üçün hücumçu axtaran “Beşiktaş” forvardı heyətinə qatmaq niyyətindədir.
“Qara qartallar” İngiltərənin “Brentford” klubuna məxsus oyunçunun keçidi üçün danışıqlara da start verib. O, komandadan gedəcəyi gözlənilən Güvən Yalçını əvəzləməlidir.
Lakin Halil digər klubların da maraq dairəsindədir. “Selta”, “Torino” və “Ştutqart” onu heyətində görmək istəyir.
Qeyd edək ki, hücumçu cari mövsümün 30 oyununda 5 qol vurub.
0
0