“Beşiktaş” mövsümün sonunda heyətinə cəlb etmək istədiyi daha iki futbolçunu müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, “Konyaspor”dan Abdülkerim Bardakçı və “Verona”dan Koray Günter “ağ-qaralar”ın maraq dairəsindədir.
Domaqoy Vida ilə yeni müqavilədə ortaq məxrəcə gələ bilməyən İstanbul təmsilçisi onun boşluğunu məhz adıçəkilən iki mərkəz müdafiəçisi ilə doldurmaq niyyətindədir. Abdülkerimin keçidinin “Beşiktaş”a 2 milyon avroya başa gəlməsi gözlənilir. Günterin durumu isə klubu ilə danışıqlardan asılıdır.
Qeyd edək ki, Koray Günter 2023-cü, Abdülkerim Bardakçı isə 2025-ci ilin yayına qədər klubuna məxsusdur.