“Beşiktaş”ın futbolçusuna Premyer Liqadan iki müştəri
21.04.2022 - 11:31
“Çelsi”nin icarə əsasında “Beşiktaş”da çıxış edən futbolçusu Mişi Batşuayi Premyer Liqaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, belçikalı hücumçuya İngiltərənin iki klubu elçi düşüb.
“Lids” və “Everton” 28 yaşlı futbolçunu bu yay heyətinə qatmaq istəyir. “Çelsi” rəhbərliyi Mişini satmağa hazırdır. Lakin londonlular bunun üçün sərfəli təklif almalıdır.
Qeyd edək ki, Batşuayi cari mövsüm “Beşiktaş”da keçirdiyi 37 matçda 14 qol vurub.
0
0