“Beşiktaş”ın qapıçısına Fransadan təklif
23.04.2022 - 15:48
“Beşiktaş”ın qapıçısı Ersin Destanoğlu karyerasını “Böyük beşlik”də davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, qolkiper Fransadan təklif alıb.
“Nitsa” Ersini heyətində görmək istəyir. Liqa1 təmsilçisi onun keçidini yayda həll etmək niyyətindədir.
Fransalılar 21 yaşlı əlcək sahibi üçün İstanbul klubuna 7 milyon avro ödəməyə hazırdır. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Ersin mövsümün 38 matçında 49 qol buraxıb.
0
0