"Oyunun əhəmiyyətli olduğunu bilirdik. "Qarabağ"la oyundan sonra narahat idim".
Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XIII turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, oyunçularını "Qarabağ"la qarşılaşmadan sonra psixoloji cəhətdən hazırlaya bilməyib: "Futbolçular həmin qələbənin ab-havasında idilər. İkinci hissəni yaxşı oynadıq. Gənc oyunçularımız çoxdur. Təzyiqdən çıxmağa çalışacağıq. Qrafikimiz də sıxdır. "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq istəyirik".
Onun sözlərinə görə, "Sumqayıt" komanda olaraq, məğlubiyyətə üzülüb: "Futbolçu səhv edə bilər. Bu normaldır. İl boyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq məşğul olduq".