“Biz onun tapşırıqlarına əməl etməyə çalışırdıq” – “Neftçi”nin məşqçisi
08.12.2019 - 19:03
“Biz onun tapşırıqlarına əməl etməyə çalışırdıq” – “Neftçi”nin məşqçisi

“Çətin oyun oldu, bunu hamı gördü. Futbolçulara təşəkkür edirəm, tapşırıqlarımıza əməl etdilər, mübarizə apardılar”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin məşqçisi Füzuli Məmmədov deyib.

Azərbaycan Premyer Liqasının XIV turunda “Sabah”ın qonağı olan “ağ-qaralar” 2:0 hesablı qələbə qazanıb.

Baş məşqçi Roberto Bordin cəzalı olduğu üçün komandanı meydana çıxaran Məmmədov qarşılaşmadan sonrakı mətbuat konfransında bildirib ki, komandası tapşırığın öhdəsindən gəlib: “Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm”.

O, göstərişləri texniki zonada olmayan italiyalı baş məşqçidən aldığını da deyib: “Baş məşqçimiz yanımızda idi, dəstəyini, tapşırıqlarını verirdi. Biz də onun tapşırıqlarına əməl etməyə çalışırdıq”.