“Rəqibi mərhələ keçdiyi üçün təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qəbələ"yə məğlub olan "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.
Xorvatiyalı mütəxəssis 2:3 hesabıyla bitən görüşdən sonra məğlubiyyəti şərh edib: “Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. İlk hissədə 2 dəfə gəldilər və qol vurdular. Futbolçularıma bu gün meydanda verdiyi hər şey üçün təbrik edirəm”.
O, Hendrik Eksteynin "Sabah"dakı gələcək taleyinə də aydınlıq gətirib: “Eksteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və gördükdən sonra prezidentlə, həmçinin menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik”.
Qeyd edək ki, ilk matçda da 0:3 hesabı ilə məğlub olan “Sabah” Azərbaycan kuboku ilə vidalaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı