“Bütün xalqımızı təbrik edirəm. Ali Baş Komandandan Şuşanın işğaldan azad olunması xəbərini aldıq. Şuşanın yeri qəlbimizdə bir başqadır. Çox sevinirəm”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Neftçi"yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis böyükhesablı nəticənin futbolda adi hal olduğunu vurğulayıb: “Bizim də başımıza gəlib. Komandamı təbrik etdim. Futbolçularımız bu oyunu gözləyirdilər ki, istirahət etsinlər. Bəziləri dincələcək, bəziləri milliyə yollanacaq”.
Qurbanov bu günkü görüşdə Premyer Liqada ilk qolunu vuran oğlu Musa Qurbanlının əsas milliyə çağırılmasına da münasibət bildirib: “Gözlənilməz oldu. Sevindirici haldır ki, gənclərə yer verirlər. Amma bu o demək deyil ki, Musa tam olaraq milliyə layiqdir. Məsuliyyəti dərk etməli, öz üzərində çox işləməlidir. Mən gənc oyunçularda fərq qoymuram. Hamısına övladım kimi baxıram. Onların yığmada olmasına müsbət yanaşıram. Bu, gənclərin inkişafını tezləşdirir”.
“Bizim də başımıza gəlib” – Qurban Qurbanovdan "Neftçi"yə təsəlli
08.11.2020 - 17:39
0
0