"Olimpiadaya hazırlığı may ayına qədər Antalyada keçəcəyəm. Bu turnirlə bağlı hədəfim böyükdür".
Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.
Türkiyə yığmasının şərəfini qoruyan dünya və Avropa çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir. 30 yaşlı idmançı hədəfinin medalçılar sırasına düşmək olduğunu söyləyib: "Olimpiada ölkələr və idmançılar üçün böyük reklamdır. Rəqiblərim həmişəki kimi, çox güclüdürlər. Ancaq olimpiadada medal qazanmaq üçün hər şeyimi ortaya qoymalıyam. Dünyada olimpiada finalı kimi ikinci bir yarış yoxdur. Dörd ildən bir keçirildiyindən, idmançı karyerası ərzində 1 və ya 2 dəfə qatıla bilir. Bəlkə də, sonuncu dəfə Yay Olimpiya Oyunlarına qatılacağam. Həm olimpiadada, həm də ondan sonrakı Avropa çempionatında medal qazanmaq istəyirəm".
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı