"Fikrimcə, "Qarabağ"la eyni gücdə komandayıq".
Bunu apasport.az saytına Kiprin APOEL klubunun futbolçusu Giorgos Merkis deyib.
Nikosiya təmsilçisinin aparıcı üzvü Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la mübarizəsindən danışıb. 35 yaşlı müdafiəçi Ağdam təmsilçisindən 4 xal aldıqları üçün xoşbəxt olduqlarını bildirib: “Yer aldığımız A qrupunda son ana kimi hansı komandanın növbəti mərhələyə adlayacağı bilinmirdi. Amma biz mübarizəni davam etdirməyi bacardıq. "Qarabağ" da güclü komandadır. Bu mövsüm onlara qarşı oynadığımız matçlarda bunu gördük. "Sevilya" üzərində qazandığımız qələbə bizim üçün böyük nəticədir. Buna görə də sevincliyik".
Merkis qarşıdakı illərdə də "Qarabağ"la qarşılaşmaq istədiyini söyləyib: "Kim bilir, bəlkə gələn il də "Qarabağ"la qarşılaşdıq".
Qeyd edək ki, Çempionlar Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran APOEL Avropa Liqasında da Ağdam təmsilçisinə rəqib olub. Bakıda Azərbaycan çempionu ilə heç-heçə edib, evdə qalib gələn nikosiyalılar yekunda Qurban Qurbanovun yetirmələrini qabaqlayaraq, ikinci yerin sahibi kimi 1/16 finala yüksəliblər. “Qarabağ” isə qrup üçüncüsü olduğundan avrokubokla vidalaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı