"Bordo"nun sabiq futbolçusu "Zirə"də
27.01.2022 - 20:09
"Zirə" yeni futbolçu ilə anlaşıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Brayan Alseusla 2,5 illik müqavilə bağlayıb.
25 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.
0
0