“Bornmut”un qapıçısı “Qarabağ”dan sonra “Milan”da
14.01.2020 - 01:46
“Bornmut”un qapıçısı “Qarabağ”dan sonra “Milan”da

Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviçin yeni komandası rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bosniya və herseqovinalı qolkiper karyerasını İtaliyada davam etdirəcək.

32 yaşlı futbolçunun müqavilə ilə bağlı olduğu İngiltərə təmsilçisi “Bornmut” A.Beqoviçi “Milan”a icarəyə verib. Qapıçı mövsümün sonunadək italiyalıların şərəfini qoruyacaq. 

“Milan” isə öz qapıçısı Pepe Reynanı İngiltərə təmsilçisi “Aston Villa”ya verib. O da mövsümün sonunadək icarəyə verildi.

Qeyd edək ki, A.Beqoviç 2019-cu ilin son 4 ayını icarə əsasında “Qarabağ”da keçirib.