Dortmund “Borussiya”sı İngiltərə Premyer Liqasından iki hücumçunu gündəminə alıb.
Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, Bundesliqa klubu Timo Verner və Antoni Marsyalla mövsümün sonunda heyətini gücləndirmək niyyətindədir.
Verner “Çelsi”də heyətə düşə bilmədiyi üçün komandasını tərk etməyi planlaşdırır. İcarə əsasında “Sevilya”da çıxış edən Marsyal isə müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”in gələcək planlarına daxil deyil. Bundan yararlanmaq istəyən dortmundlular hər iki ön xətt oyunçusunu yayda heyətə qatmağa çalışacaq.
Qeyd edək ki, Antoni Marsyal 2024-cü ilin, Timo Verner isə 2025-ci ilin yayına qədər müvafiq olaraq “Mançester Yunayted” və “Çelsi”yə məxsusdur.