Avstriyanın “Zalsburq” klubunun futbolçusu Erlinq Holannın yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, norveçli hücumçu karyerasını Almaniyada davam etdirəcək.
O, Dortmundun “Borussiya” klubuna keçib. 2020-ci il yanvarın 3-də komandaya qoşulacaq 19 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü il iyunun 30-na qədərdir.
İlk iki ildə E.Holannın qazancı 6 milyon avro təşkil edəcək. Sonrakı illərdə isə skandinaviyalı 8 milyon qazanacaq.
İngiltərə təmsilçisi “Mançester Yunayted” və İtaliya “Yuventus”unun da heyətinə qatmaq istədiyi norveçlinin transferi almaniyalılara 45 milyon avroya başa gəlib. Avstriya “Zalsburq”u 20, futbolçunun atası 10, meneceri Mino Rayola 15 milyon qazanıb.
Qeyd edək ki, E.Holann cari mövsüm “Zalsburq”da bütün turnirlərdə 22 oyun keçirib və 28 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı