Almaniya Bundesliqasının XXVI turunun ilk oyun günü Frankfurtda keçirilən görüşlə başa çatıb.
Apasport.az saytının məlumatına görə, “Ayntraxt”ın qonağı olan Mönhenqladbax “Borussiya”sı erkən qolla diqqət mərkəzinə düşüb.
Ala Plea artıq 36-cı saniyədə fərqlənib. O, klub tarixinin Bundesliqada ikinci ən erkən qolunun müəllifi olub.
Ona mütləq rekordu şərik olmaq üçün 7 saniyə çatmayıb. Oskar Vendt 29-cu saniyədə qol sevinci yaşayıb.
Bu, 2015-ci ildə Dortmund “Borussiya”sı ilə matça təsadüf edib. Maraqlıdır ki, hər iki erkən qolun vurulduğu matçda eyni hesab qeydə alınıb. Mönhenqladbaxlılar bu dəfə də 3:1 hesablı qələbə qazanıb.