“Borussiya”dan “Borussiya”ya
26.04.2022 - 14:27
Dortmund “Borussiya”sı heyətini yeni müdafiəçi ilə gücləndirəcək.
Apasport.az saytının məlumatına görə, Mönhenqladbax “Borussiya”sının müdafiəçisi Rami Bensebaini Dortmunda köçə bilər.
O, artıq bu yay klubunu dəyişə bilər. 27 yaşlı əlcəzairlinin keçidinin 17 milyon avroya başa gələcəyi gözlənilir. Ona 2026-cl ilədək müqavilə təklif olunacaq.
Qeyd edək ki, Rami 2019-cu ildə “Renn”dən indiki klubuna keçib.
0
0