"Böyük beşlik"də hegemonluğa davam - belçikalılardan
06.01.2020 - 16:16
"Böyük beşlik"də hegemonluğa davam - belçikalılardan

“Böyük beşlik”də ən yaxşı assistentlərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın tərtib etdiyi cədvələ ən azı 7 qolun ötürməsini verən futbolçular düşüblər.

Ümumilikdə 14 oyunçu bunu bacarıb. Siyahıya yenə belçikalı futbolçu başçılıq edir. Kevin de Breyne 12 assistlə birincidir.

“Mançester Siti”nin yarımmüdafiəçisi 2017/18 mövsümündə də “Böyük beşlik”də ən yaxşı olmuşdu. Həmin vaxt onun hesabına 16 məhsuldar ötürmə var idi. 2018/19 mövsümündə isə onun Belçika yığmasındakı komanda yoldaşı Eden Azar “Çelsi”dəki 15 assistlə ən yaxşı olub.

Hazırkı siyahıda ikinciliyi Luis Alberto ilə Tomas Müller bölüşür. 14 futbolçu arasında İngiltərə Premyer Liqası və Almaniya Bundesliqası hərəyə 4, Fransa Liqa1-i 3, İtaliya A seriyası 2, İspaniya La Liqası 1 nəfərlə təmsil olunub. Yalnız bir klub – Dortmund “Borussiya”sının iki üzvü assistentlər sırasındadır.

1. Kevin de Breyne (Mançester Siti) – 12
2-3. Luis Alberto (Latsio) – 11
Tomas Müller (Bavariya) - 11
4. Ceydon Sanço (Borussiya D) – 9
5-7. Trent Aleksander-Arnold (Liverpul) - 8
İslam Slimani (Monako) – 8
Anxel di Mariya (PSJ) - 8
8-14. Kristofer Nkunku (Leypsiq) - 7
Dejan Kuluşevski (Parma/Yuventus) - 7
Emiliano Buendia (Norviç) – 7
Luis Suares (Barselona) – 7
Honq-Min Son (Tottehhem) – 7
Torqan Azar (Borussiya D) – 7
Yoann Kurt (Brest) - 7

0