“Böyük beşlik”də ikinci uğursuz – Messi
26.01.2022 - 09:18
“Böyük beşlik”də ikinci uğursuz – Messi

PSJ-nin futbolçusu Lionel Messi Fransa La Liqasındakı zəif çıxışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz qapıya vurduğu 44 zərbədən yalnız birini qola çevirib.

Bu, “Böyük beşlik” liqalarında ikinci ən bərbad göstəricidir. Antirekord isə Joao Kanseluya məxsusdur. “Mançester Siti”nin futbolçusu 46 zərbədən 1 qol vurub.

Qeyd edək ki, Çempionlar Liqasında daha uğurlu oynayan Messi 5 oyunda 5 qol vurub.