“Bu cəza mənə qəsdən verildi” – Ronald Kuman
08.05.2021 - 12:02
“Bu cəza mənə qəsdən verildi” – Ronald Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın XXXIII turunda “Qranada” ilə görüşdə qırmızı vərəqə almasına və 2 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis bu qərarda qərəz olduğunu fikirləşir.

O, rəhbərliyin iki dəfə apellyasiya şikayətinin təmin olunmamasının planlı addım olduğu qənaətindədir: “Mən bu cəzanın qəsdən verildiyini düşünürəm. Səsləndirdiyim fikir təhqir deyildi və sanksiya tətbiq etmək, iki oyunluq diskvalifikasiya vermək üçün səbəb ola bilməz. Burada mütləq başqa bir şey var”.

Qeyd edək ki, ötən turda “Valensiya” ilə matçı tribunadan izləyən Kuman XXXV tur çərçivəsində bu gün “Atletiko” ilə keçiriləcək prinsipial qarşılaşmada da texniki zonadakı yerini tuta bilməyəcək. Görüş Bakı vaxtı ilə 18:15-də başlayacaq.

0