"Azərbaycan millisində tez-tez baş məşqçi dəyişikliyi baş verir. Əslində, bu, yaxşı hal deyil. Gərək bir məşqçini seçəsən və ona uzun müddət işləmək üçün şans verəsən".
Bunu apasport.az saytına Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç deyib.
Karyerasını başa vuran serb əsilli hücumçu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin istefaya göndərilməsinə biganə qalmayıb. O, yığmada yerli mütəxəssisin işləməsinin tərəfdarı olduğunu deyib: "Azərbaycan millisinin son tsikldəki çıxışı uğurlu alınmadı. Əlbəttə ki, bir xal yaxşı deyil. Hər halda, rəqiblər də zəif deyildi, hamısı final mərhələsinə çıxmaq uğrunda mübarizə aparırdı. Buna baxmayaraq, Azərbaycan millisi daha fərqli nəticə də göstərə bilərdi. Yığmada yerli, yoxsa xarici mütəxəssis olmalıdır? Yeni gələcək xarici məşqçiyə futbolçuları tanımaq, komandanı qurmaq üçün müəyyən müddət lazım olacaq. Lakin yerli məşqçi artıq hamını tanıyır. Bu mənada ola bilsin ki, milli üçün yerli məşqçi daha yaxşıdır. Ancaq dəqiq nəsə də demək olmur. Ümidvaram ki, Azərbaycan yeni təyin ediləcək baş məşqçi komandaya xeyir verəcək, uğur qazandıracaq".
Qeyd edək ki, Subaşiç 2007-2013-cü illərdə Azərbaycan millisinin heyətində 40 oyuna 7 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı