Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"ı məğlub edən "Qəbələ"nin məşqçisi Elmar Baxşıyev mətbuat konfransı keçirilib.
Apasport.az saytının məlumatına görə, o, 3:2 hesabıyla qalib gəldikləri oyunu şərh edib:
- İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbə qazanmaq istəyirdik. Komandanı sırf qələbəyə kökləmişdik. İlk oyundakı nəticəni unudub, fikrimizi bu oyuna yönəltmişdik.
- Premyer Liqada fasilənin olmasına üzülmürsüz? Komanda yenicə formasını yığırdı...
- Xeyr. Təəssüflənməyə dəyməz. Vaxtımız olacaq, əsas odur ki, komanda istədiyimizi edir.
- Konkret neçə futbolçu transferi gözlənilir və gedənlər olacaqmı?
- Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. 2 mövqeyi gücləndirmək istəyərdik.
- Baş məşqçi kimi debütünüz uğurlu oldu.
- Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidir. Məşqçi və ya baş məşqçi kimin olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi.
- Bəhlul Mustafazadənin qol vurmasına sevindiz?
- Bəhlula görə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldır. İstədiyimiz də odur ki, matçın 60-70 faizini hücumda keçirək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı