"Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir" - MN
07.10.2020 - 10:10
"Cəbrayıl istiqamətində Ordumuz tam üstünlüyə malikdir" - MN

"Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb".

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır: "Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir".

0