“Çelsi” Rudigerə əvəzləyici tapdı
25.04.2022 - 14:48
“Çelsi” yay transfer pəncərəsində mərkəz müdafiəçisi alacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Fransa yığmasının üzvü Jül Kundeyə elçi düşüb.
“Sevilya”nın müdafiəçisi London klubundan ayrılacaq Antonio Rudigeri əvəz etməlidir. Lakin İspaniya təmsilçisi 23 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, Kunde La Liqada cari mövsümün 27 matçında 1 qol vurub.
0
0