“Çelsi” futbolçusunu “Aston Villa”ya göndərdi
07.01.2020 - 15:36
“Çelsi” futbolçusunu “Aston Villa”ya göndərdi

İngiltərənin “Çelsi” klubunun futbolçusu Daniel Drinkuoter karyerasını “Aston Villa”da davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi icarə əsasında Birminhem təmsilçisinə keçib.

Mövsümün ilk yarısını “Bernli”də icarədə olan Drinkuoter “Çelsi”yə qayıtsa da, yenidən London klubunu tərk edib. Paytaxt təmsilçisi futbolçunun maaşının böyük qismini də ödəməyə razı olub.

Qeyd edək ki, yarımmüdafiəçi “Bernli”də cəmi 2 oyun keçirib.