“Çelsi” və Kantenin istəyi – yeni müqavilə
07.05.2021 - 12:04
“Çelsi” yarımmüdafiəçisi Nqolo Kanteni komandada saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, bu səbəbdən Fransa millisinin üzvünə yeni müqavilə təklif olunub.
Tomas Tuxelin gəlişindən sonra yenidən yüksəlişə keçən və “zadəganlar”ın Çempionlar Liqasının finalına yüksəlməsində böyük rol oynayan 30 yaşlı dayaq yarımmüdafiəçisi özü də ayrılmaq fikrində deyil. Bu səbəbdən onun 2023-cü ilin yayına qədər olan müqavilə müddətini uzatması gözlənilir.
Qeyd edək ki, Nqolo Kante cari mövsüm Premyer Liqada 28 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
0
0