“Çelsi” yenidən icarəyə verdi – Bakayokonu
05.10.2020 - 22:08
“Çelsi” yenidən icarəyə verdi – Bakayokonu

İngiltərənin “Çelsi” klubu futbolçusu Tiemue Bakayokonu yenidən icarəyə verib.
 
Apasport.az saytının məlumatına görə, “Milan”ın sabiq oyunçusu İtaliyanın digər təmsilçisi “Napoli”yə keçib.
 
26 yaşlı yarımmüdafiəçi neapollulara icarəyə verilib. Klublar arasında razılığa əsasən, Fransa millisinin üzvü mövsümün sonuna qədər “Napoli”nin formasını geyinəcək. O, “Milan”da rəhbərliyi altında çıxış etdiyi baş məşqçi Cennaro Qattuzo ilə yenidən birgə çalışacaq.
 
Qeyd edək ki, Tiemue Bakayoko ötən mövsümü icarə əsasında Fransa “Monako”sunda keçirib.
 

0