"Çelsi"dən ayrılacaq - Villian təsdiqlədi
06.04.2020 - 00:00
"Çelsi"nin yarımmüdafiəçisi Villian mövsümün sonunda komandadan ayrılacaq.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun "zadəganlar"la yeni müqavilə ilə bağlı növbəti danışığı uğursuz nəticələnib.
Braziliya millisinin üzvü London klubunda qalmayacağını bildirib: "Hamı bilir ki, sözləşməm bir neçə aydan sonra bitəcək. "Çelsi"nin 2 illik yeni müqavilə təklif etməsi işi çətinləşdirdi, mənim tələbim isə 3 illik anlaşmadır. Artıq danışıqlar başa çatıb. Mövsümün sonunda azad agent statusu daşıyacağam".
Qeyd edək ki, Villian 2013-cü ildən "Çelsi"nin formasını geyinir.
0
0