“Çelsi” Premyer Liqanın XXV turunun təxirə salınan oyununda uduzmaqla antirerkorda imza atıb.
Apasport.az saytının məlumatına görə, “zadəganlar” son 33 ildə ilk dəfə ardıcıl üç ev oyununda üç və ya daha çox top buraxıb.
2:4 hesablı məğlubiyyət alan Tomas Tuxelin yetirmələri bunadək Çempionlar Liqasında “Real”a 1:3, Premyer Liqada “Brentford”a 1:4 hesabı ilə uduzub.
Sonuncu dəfə “Çelsi”nin belə uğursuzluqla üzləşməsi 1989-cu ilə təsadüf edib. “Uimbldon” və “Liverpul”la ev görüşlərində 2:5 hesabı ilə uduzan londonlular “Aston Villa”dan üç cavabsız qol buraxıb.
Ümumilikdə isə ardıcıl üç ev oyununda məğlubiyyət 29 ildən sonra yaşanıb. Son belə seriya 1993-cü ildə qeydə alınıb.