Sərt sanksiyalara məruz qalan İngiltərə “Çelsi”si mövsümü yarımçıq dayandıra bilər.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bununla bağlı Böyük Britaniya hökumətinə xəbərdarlıq edib.
“Barclays” bankının klubun hesablını dondurmasından sonra London təmsilçisinin vəziyyəti daha da ağırlaşıb. Komanda gələn həftənin sonunadək satılmasa durum daha acınacaqlı olacaq.
“Çelsi” stadionda mühafizəçi və stüardların xərclərini də ödəyə bilmir. Bu da oyunların təşkilini sual altına salır. Londonlular məhdudiyyətlərə yenidən baxılacağına ümid edir. Kluba hər matça 500 min funt sterlinq xərcləməyə icazə verilib. Lakin Premyer Liqada bir görüş üçün 800 mindən 1 milyona qədər vəsait tələb olunur. “Çelsi” rəhbərliyi çıxış yolu kimi azarkeşlərsiz oynamağı görür.