Amerikalı iş adamları Co və Todd Riketts “Çelsi”ni almaqdan imtina ediblər.
Apasport.az saytının məlumatına görə, “Ricketts-Griffin-Gilbert Group” London klubu ilə bağlı prosesləri nəzərdən keçirdikdən sonra yekun təklif verməmək qərarına gəlib.
Satış prosesinin qeyri-adi dinamikası səbəbindən bəzi məsələlərin həll olunmadığını görən biznesmenlər bu addımı atmaq məcburiyyətində qalıb. Üstəlik, “zadəganlar”ın azarkeşləri də “Stemford Bric”də etiraz aksiyası keçirərək, Riketts ailəsinin təklifinə qarşı çıxıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən “Çelsi”nin səhmləri rusiyalı iş adamı Roman Abramoviçin əlindən alınıb.