“Çelsi”nin hədəfi bəlli oldu
02.01.2020 - 17:37
“Çelsi”nin hədəfi bəlli oldu

İngiltərənin “Çelsi” klubunun qış “transfer pəncərəsi” üçün əsas hədəfi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi “Kristal Pelas”ın hücumçusu Uilfred Zaanı heyətinə qatmağa qərar verib.

Paytaxt klubunun baş məşqçisi Frenk Lempard Fil Dişi Sahilindən olan 27 yaşlı forvardı sərəncamında görmək istəyir. “Kristal Pelas” afrikalı üçün 80 milyon avro tələb edir. “Çelsi” bu alqı-satqıya hücumçularından birini də daxil edə bilər. Londonluların Olivye Jirunu verməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, “Çelsi” rəhbərliyi qış transferlərinə 150 milyon funt sterlinq ayırıb.